Toy karvanında avtomobili arxa-arxaya sürən sürücünü hansı cəza gözləyir? - VİDEO

Toy karvanında avtomobili arxa-arxaya sürən sürücünü hansı cəza gözləyir? - VİDEO
SOSİAL
22:35 01.05.2026
642
Toy karvanındakı sürücü avtomobili Mehdiabaddan Biləcəriyə arxa-arxaya sürüb.

AZXEBER.COM Xəzər TV-yə istinadən xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan görüntülər müzakirələrə səbəb olub. Qaydaları kobud şəkildə pozan sürücü həm özünün, həm də digər şəxslərin həyatını təhlükəyə atıb, qəza şəraiti yaradıb. Diqqətlə baxdıqda isə videonun bir hissəsində maşının dövlət qeydiyyat nişanı olsa da, digərində çıxarıldığı görünür. 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, toy karvanında yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq özünün və digər hərəkət iştirakçılarının həyat və sağlamlıqlarına real təhlükə yaradan sürücü ilə bağlı hazırda araşdırma aparılır. Sürücü barəsində qanunamüvafiq məsuliyyət tədbirləri görüləcək. 

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yaydığı görüntülərdə isə toy karvanında olan avtomobillərin hərəkətin intensiv olduğu Heydər Əliyev prospektində dayanaraq süni tıxac yaratdığı əks olunub. Dövlət Yol Polisi əməkdaşlarının müdaxiləsindən sonra sıxlıq aradan qaldırılıb:

Ömər Xıdırov bildirib ki, belə hadislərin sonunda bəzən ağır yol nəqliyytat hadisələri baş verir.


OXŞAR XƏBƏRLƏR