Toy sevinci yasa döndü: 2 ölü, 6 yaralı - FOTO

Toy sevinci yasa döndü: 2 ölü, 6 yaralı - FOTO
Bütün Xəbərlər
12:33 09.09.2014
3688
Musayeva xəstəxanada dünyasını dəyişib.
Bakı-Qazax magistral yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 3 avtomobil toqquşub.
AZXEBER.COM Kəpəz TV-yə istinadən bildirir ki, hadisə rayonun Dəliməmmədli şəhərindən keçən hissəsində qeydə alınıb. Goranboyun Faxralı kənd sakini, 28 yaşlı Rövşən Bayramov idarə etdiyi “Mercedes” markalı avtomobillə üzü rayon istiqamətdə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil əvvəlcə digər “Mercedes”ə, daha sonra isə Faxralı kənd sakini, 45 yaşlı İsgəndər Əhmədova məxsus “Hyundai” markalı maşına çırpılıb.
Qəza zamanı hər üç avtomobilin sürücüləri və onların sərnişinləri - 19 yaşlı Əli Şahverdiyev, 70 yaşlı Kimya Əfəndiyeva, 14 yaşlı Elvin Qurbanov, 37 yaşlı Ramil Qurbanov və 31 yaşlı Gülnar Musayeva ağır bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. “Hyundai”ın sürücüsü İsgəndər Əhmədov isə hadisə yerində dünyasını dəyişib. Yaralılardan Ramil Qurbanovun vəziyyəti ağır olduğundan o, Bakı şəhərinə aparılıb. Həkimlərin səyinə baxmayaraq 31 yaşlı Gülnar Musayeva xəstəxanada dünyasını dəyişib.
Həkim Məharət Kərimov bildirib ki, Dəliməmmədli şəhər ərazisində avtoqəza nəticəsində xəsarət alan 8 nəfər gətirilib: “Onlardan biri gətirilən zaman dünyasını dəyişib. Bir nəfər isə 13:35 radələrində sağlamlığı həyat üçün uzlaşmadığı üçün vəfat edib. Xəstələrdən biri isə Bakı şəhərinə, Neyrocərrahiyyə mərkəzinə göndərilib”.
İlkin ehtimala görə, qəzaya səbəb yüksək sürət və sürücülərin sərxoş olması göstərilir. “Mercedes”in sürücüsü Rövşən Bayramov və “Hyundai” sürücüsü İsgəndər Əhmədov həmkəndli olublar və hadisə onlar Gəncədən toy mərasimindən qayıdan zaman baş verib. Faktla bağlı Baş Dövlət Yol Polisinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
BMT-nin fələstinli qaçqınlarla bağlı təşkilatının Ankara təmsilçiliyi açılacaq
19:09 21.06.2025
BMT-nin fələstinli qaçqınlarla bağlı təşkilatının Ankara təmsilçiliyi açılacaq
İlham Əliyevin müraciəti BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb
19:06 21.06.2025
İlham Əliyevin müraciəti BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb
İtaliya XİN: 60-a yaxın vətəndaşımız İrandan Azərbaycana təxliyə edilib
18:59 21.06.2025
İtaliya XİN: 60-a yaxın vətəndaşımız İrandan Azərbaycana təxliyə edilib
İsrail Şirazda hərbi mərkəzə zərbə endirib
18:46 21.06.2025
İsrail Şirazda hərbi mərkəzə zərbə endirib
Bəşər Əsədin əmisi oğlu saxlanılıb
18:37 21.06.2025
Bəşər Əsədin əmisi oğlu saxlanılıb
Cekson görünüşünə görə kompleks yaşayırmış
18:18 21.06.2025
Cekson görünüşünə görə kompleks yaşayırmış
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
18:05 21.06.2025
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
Ülviyyə Zülfiqar yeni vəzifəyə TƏYİN EDİLDİ
17:57 21.06.2025
Ülviyyə Zülfiqar yeni vəzifəyə TƏYİN EDİLDİ
İsrailin İrana endirdiyi zərbə nəticəsində daha bir nüvə alimi öldürülüb
17:53 21.06.2025
İsrailin İrana endirdiyi zərbə nəticəsində daha bir nüvə alimi öldürülüb
"Düzgün həyat tərzi – uğurlu və xoşbəxt həyatın təməlidir" - Əməkdar artist
17:42 21.06.2025
"Düzgün həyat tərzi – uğurlu və xoşbəxt həyatın təməlidir" - Əməkdar artist
Qabiliyyət imtahanlarına start verildi
17:33 21.06.2025
Qabiliyyət imtahanlarına start verildi
"Azərbaycanda kazinoların fəaliyyətinə icazə verilməsi turizm infrastrukturunun daha da inkişaf etdirilməsi üçündür"
17:16 21.06.2025
"Azərbaycanda kazinoların fəaliyyətinə icazə verilməsi turizm infrastrukturunun daha da inkişaf etdirilməsi üçündür"
Makron İrandan nüvə proqramının sülh xarakterinə dair zəmanətlər tələb edib
17:00 21.06.2025
Makron İrandan nüvə proqramının sülh xarakterinə dair zəmanətlər tələb edib
Türkiyə ilə UNRWA arasında müqavilə imzalanacaq
16:45 21.06.2025
Türkiyə ilə UNRWA arasında müqavilə imzalanacaq
Kapital Bank-ın tərəfdaşlığı ilə keçirilən “Yerli şirkətlərin tanıtım sərgisi” başa çatdı
16:35 21.06.2025
Kapital Bank-ın tərəfdaşlığı ilə keçirilən “Yerli şirkətlərin tanıtım sərgisi” başa çatdı
Ceyhun Bayramov iordaniyalı həmkarı ilə regional təhlükəsizliyi müzakirə edib
16:12 21.06.2025
Ceyhun Bayramov iordaniyalı həmkarı ilə regional təhlükəsizliyi müzakirə edib