"Toya 15 minə gedirəm, bu elə də böyük məbləğ deyil" - Roza

"Toya 15 minə gedirəm, bu elə də böyük məbləğ deyil" - Roza
MAQAZİN
14:49 02.06.2026
235
"İstədim" mahnısından sonra ulduzu parlayan və dünya üzrə tanınmağa başlayan sənətçi Roza Zərgərli toy qiymətini açıqlayıb.
 
AZXEBER.COM xəbər verir ki,o, bu haqda "Afaqla onlar" verilişində danışıb.
 
Sənətçi bildirib ki, sənətə gəldiyi ilk zamanlarda el şənliklərinə getməyib:
 
"Mən ümumiyyətlə 2019-cu ilə qədər heç bir məclislərdə iştirak etmirdim. Sadəcə açılışlara və özəl dəvətlərə qatılırdım. Bu da dost məclisi olurdu və mən təmənnasız gedirdim. Çünki yoldaşım da qoymurdu".
 
Roza Zərgərli bütün toyu idarə etmək üçün aldığı qonorarı da açıqlayıb:
 
"Daha sonra həyatımda bəzi məqamlar dəyişdi və toylara getməyə başladım. Mənim tədbirlərdə çıxış qiymətim 15 min manatdır, bəli bu xəbər doğrudur. Amma bunun məşhurlaşmağımla heç bir əlaqəsi yoxdur. "İstədim" mahnısına qədər yarım saatlıq çıxışım 5 min manat, bütün toy çıxışım isə 12 min manat idi. İndi yalnız bütün toylara gedirəm və bunun da qiymət 15 min manatdır. Arada sadəcə 3 min manat fərq var. Bu böyük məbləğ deyil. Yeri gələndə sənəti, statusu, səsi məndən aşağı olanlar 8-10 min manata gedirlər. Bütün toyu da fonaqram ilə yola verirlər".
 
Aysel
OXŞAR XƏBƏRLƏR