Toya gedən sürücü dəhşətli qəzaya düşdü: 1 ölü, 5 yaralı
Bütün Xəbərlər
11:32 26.08.2013
2038
Ötən gün axşam saatlarında Cəlilabad rayonunda dəhşətli yol qəzası baş verib. Cənub TV-nin məlumatına görə, hadisə Ələt-Astara magistralının 141-ci kilometrliyində, Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Cəlilabadın Göytəpə qəsəbəsinə toya gələn Füzuli rayon sakini, Fidayəddin Muradov idarə etdiyi "Mercedes" markalı avtomobili ilə Bakı istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən gələn, Astara istiqamətində hərəkətdə olan Lənkəran şəhəri Sütəmurdov kənd sakini, 1978-ci il təvəllüdlü Zeynalov Famil Əvəz oğlunun idarə etdiyi "Mercedes E Class" markalı avtomobillə toqquşub.Nəticədə "E Class" markalı avtomobildə olan sərnişin, Astara rayonunun Siyaku kənd sakini, 1993-cü il təvəllüdlü Abbaszadə Orxan Abbas oğlu hadisə yerindəcə dünyasını dəyişib. "Mercedes 190" markalı avtomobilin sürücüsü, Fidayəddin Muradov və digər sərnişinlər - 1971-ci təvəllüdlü Məmmədova Gülyanaq Rəvan qızı,1953-cü il təvəllüdlü Orucova Ziyafət Vəli qızı və Muradov Malik Fidayəddin oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Cəlilabad Rayon Xəstəxənasına yerləşdiriliblər.