Ağdam rayonu ərazisində piyada vurulub.
AZXEBER.COM-un Kanal S-ə istinadən verdiyi məlumata görə, rayon sakini Vəliyev Əhliman idarə etdiyi "VAZ-2106" markalı minik maşını ilə Ağdamın Əhmədağalı kəndində 11 yaşlı uşağı vurub.
Hadisə kənd ərazisində yerləşən şadlıq sarayının qarşısında baş verib. Vüsal Abışov toydan çıxırmış. Sürücü dərhal müxtəlif bədən xəsarəti alan azyaşlını Ağdam RMX-ya çatdırıb.
Həkimlərin səyinə baxmayaraq, azyaşlı aldığı bədən xəsarətlərindən xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.