Toya gələn qonaqlar pul və hədiyyələri gəlin və bəyə yox, mankenlərə təqdim edib.
AZXEBER.COM xəbər verir ki, Türkiyənin Tekirdağ bölgəsində Sinem və Sinan Dağ cütlüyünün toy məclisinə yığışan qonaqlar, adət-ənənəyə uyğun olaraq pulu və qızılı gəlin və bəyin geyimlərinə deyil, sosial məsafə qaydalarını pozmamaq üçün onların yanında dayanan mankenlərin geyimlərinə taxıblar.