Türkiyədə qeyri-adi hadisə baş verib.
Ankaranın tanınmış iş adamlarından Talat Sam, oğlunun toyu üçün Səudiyyə Ərəbistandakı şeyx müştərisinin toy üçün hədiyyə göndərdiyi tortundan qonaqlara təqdim edib.
AZXEBER.COM xəbər verir ki, ANS PRESS-in məlumatına görə, Türkiyədə əslində hədiyyə olaraq qonaqlar yeni evlənən cütlüklərə qızıl taxırlar. Ancaq bu dəfə əksinə olub. Tortun üzərində 250 qramlıq yeməli qızıl olub. Dəyəri təxminən 20 min lirə olan qızıl parçalar toya gələn qonaqları xeyli təəccübləndirib.
Talat Sam ərəb şeyxi ilə dostluq əlaqələri olduğunu və bu jestin onu xeyli duyğulandırdığını ifadə edib.
