Toydan dönən penitensiar xidmətin dörd əməkdaşı həlak oldu

Toydan dönən penitensiar xidmətin dörd əməkdaşı həlak oldu
Bütün Xəbərlər
11:17 27.08.2015
1172

4 nəfərin ölməsi ilə nəticələnən qəza 4 ailənin səhərini qara açdı

Hadisə Şəki-Qax yolunun 17-ci km-də Şəkinin Göynük kəndi ərazisində qeydə alınıb. Belə ki, qəza zamanı Şəki sakiniƏlizadə Elşən Akif oğluidarə etdiyi 99-GK-948 dövlət nömrə nişanlı "Sayfa" markalı avtomobillə Şəki istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. İdarəetmədən çıxan avtomobil bir neçə dəfə yuvarlanaraq yol kənarındakı dərəyə aşıb.

Milli.Az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, nəticədə sürücü ilə yanaşı avtomobildə olan sərnişinlər Şəki sakinləriAbdullayev Araz Gündüz oğlu,Sədiyev Asif Çingiz oğluvə Şəkinin Aşağı Göynük kənd sakiniMustafayev Seymur Hüseyn oğlualdıqları bədən xəsarətləri nəticəsində elə hadisə yerindəcə dünyalarını dəyişiblər. İlkin məlumatlara görə qəza zamanı ölən şəxslər gecə saatlarında Qax rayonundan toy mərasimindən gəlirlər.

Qəzanın ilkin olaraq yüksək sürət səbəbindən baş verdiyi ehtimal olunur.

Qeyd edək ki, qəza gecə saatlarında baş versə də, hadisədən ancaq səhər saat 8 radələrində xəbər tutulub.

Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırmalar aparılır. Nəzərinizə çatdıraq ki, qəza zamanı dünyasını dəyişən 4 nəfər Şəki penitensiar müəssisənin əməkdaşlarıdır.

OXŞAR XƏBƏRLƏR