Toydan sonra qəza: gəlin və bəyin atası öldü, bəy ağır yaralıdır

Toydan sonra qəza: gəlin və bəyin atası öldü, bəy ağır yaralıdır
Bütün Xəbərlər
11:27 10.10.2011
2004
Oktyabrın 9-na keçən gecə Abşeron rayonu ərazisində dəhşətli yol nəqliyyat hadisəsi baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, Bakı-Şamaxı yolunun 37-ci kilometrliyində, Abşeron rayonunun Təzəkənd kəndi yaxınlığında 90 DS 701 nömrə nişanlı “Hyundai Tucson” dərəyə aşıb.
Nəticədə avtomobilin sürücüsü, 1964-cü il təvəllüdlü Həsənov Bayram Məmməd oğlu və sərnişin, 1991-ci ildə anadan olmuş Həsənova Gülnisə Abdul qızı hadisə yerində ölüb. Sürücünün həyat yoldaşı, 1965-ci il təvəllüdlü Həsənova Sürəyya Kərim qızı və digər sərnişin, 1982-ci il təvəllüdlü Qasımov Rahim Rasim oğlu isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Verilən məlumatda bildirilir ki, qəzaya uğrayan avtomobil toy mərasimindən qayıdırmış. Qəzadan sonra hadisə yerində çoxlu sayda xonça qırıntıları və insanı sarsıdan mənzərə qalıb.
Qeyd edək ki, qəzaya uğrayan avtomobildə ölən 20 yaşlı qız gəlin, sürücü isə bəyin atası olub.
OXŞAR XƏBƏRLƏR