İyulun 15-də Lənkəran rayonunun Narbağı kəndində baş verən yanğın ev sahibinə 90 min manat zərər vurub.
Kənd sakini Nazim Şükürova məxsus ümumi sahəsi 130 kvadratmetr olan 2 otaq və şüşəbənddən ibarət ev yanıb. Yanğına soyuducunun naqillərində yaranan nasazlıq səbəb olub:
“Hər şey yanıb kül oldu. Özümüzü güclə xilas etmişik”. Oğluna yenicə toy etdiyini deyən N. Şükürov 2 gəlininin cehizinin, 7800 manatlıq zinət əşyalarının, toydan qalan 2 min manat pulun, ev avadanlıqlarının yandığını bildirib. Yanğın nəticəsində 90 min manata yaxın ziyan dəydiyini bildirən ev sahibi evin sığortasız olduğunu bildirib: “Sığorta haqqında məlumatlı olmamışam. Nə də indiyə qədər sığorta şirkəti gəlib təbliğat aparıb. Bilsəydim nəinki 30, 100 manat olsaydıda evi sığorta etdirərdim, təki belə vəziyyətə düşməyək”. (fins.az)