Toyundan sonra itkin düşən qızın müəmmalı həyatı - Onu heç kim tapa bilmir - FOTO

Toyundan sonra itkin düşən qızın müəmmalı həyatı - Onu heç kim tapa bilmir - FOTO
SOSİAL
13:12 28.04.2016
8950

"Bütün şəhər, bütün vilayət ayaq üstədir. Hər yerə şəkillərini yapışdırmışıq. Dayanacaqlara, metro vaqonlarına, kafe və restoranlara, binalara, amma hələ bir xəbər yoxdur. 6 gündür yoxa çıxıb, heç bir xəbər yoxdur".

Bunu Sankt-Peterburqda itkin düşmüş soydaşımız 23 yaşlı Gülnarə Sücaət qızı Vəliyevanın rəfiqəsi Elmira deyib. Xatırladaq ki, bu il aprelin 22-də Gülnarə Vəliyeva həkimə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb. Hadisədən bir həftə əvvəl isə onun Sankt-Peterburqda yaşayan Samir adlı oğlanla toyu olub.

Elmiranın dediyinə görə, rəfiqəsini sonuncu dəfə ötən cümə günü Peterburqun Marşal Jukov küçəsinin Lenin prospekti ilə kəsişməsində görüblər. Həmin yerdə Gülnarə tələbə yoldaşı Elmira ilə görüşüb dərsə getməliymişlər. Yeri gəlmişkən, bəzi sosial şəbəkələrdə və informasiya resurslarında yazıldığı kimi, 23 yaşlı Gülnarə evdar qadın olmayıb. O, Sankt-Peterburq Tibb-Sosial İnstitutunun tələbəsiymiş.Elmiranın dediyinə görə, həmin gün o, dəfələrlə Gülnarəyə zəng etsə də, ona zəng çatmayıb. Daha sonra onun həyat yoldaşı Samirlə əlaqə saxlayıb. Samir isə ona bildirib ki, Gülnarə günorta həkimə getmək adıyla evdən çıxıb.Valideynləri isə Gülnarənin itkin düşdüyünü onun rəfiqələrindən öyrəniblər. Elmiranın dediyinə görə, Samir gecə saat 11-dək həyat yoldaşını gözləyib. Gecə düşəndə həyat yoldaşının yoxa çıxmasıyla bağlı onun valideynlərinə məlumat verib. Gülnarənin atası Sücaət və anası dərhal Kirov Rayon Polis İdarəsinə gələrək, qızlarının itkin düşməsi barədə ərizə veriblər.Elmira açıqlamasında onu da bildirdi ki, Gülnarə ərə gedəndən sonra daha da pozitiv olmuşdu. "Özünü xoşbəxt hiss edirdi. Ailə həyatından da razıydı. Gələcək planları barədə danışırdı. Biz özümüz də şokdayıq, axı hara yoxa çıxa bilər bu qız?"Gülnarənin atası Sücaətin dediyinə görə, axşam kürəkəni Samir ona zəng edib. Və bildirib ki, Gülnarə yoxa çıxıb. "Biz bir yerdə polisə gəldik və artıq neçə gündür ki, onu axtarırıq".Sücaət Vəliyev onu da bildirib ki, artıq müstəntiqlər qızının evində olublar. "Onlar evi axtardılar. Samirin mobil telefonunu da götürdülər. Hamı polis, tələbə yoldaşları, bizi tanıyanlar əlimizi hara gəldi atırıq, təki qız tapılsın!"Sayt əməkdaşı Sankt-Peterburq şəhəri Kirov rayonu Polis İdarəsiylə də əlaqə saxlayıb. İdarədən bildirilib ki, hazırda Gülnarənin axtarışı gedir. "Əlavə heç bir məlumat verilməyəcək".Sonda onu da qeyd edək ki, Gülnarə Vəliyevanın itkin düşməsiylə bağlı Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsi (qətl) ilə cinayət işi başlayıb.

lent.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mehriban Əliyeva Avropa çempionu olmuş Azərbaycan minifutbol yığmasını təbrik etdi
15:57 05.06.2026
Mehriban Əliyeva Avropa çempionu olmuş Azərbaycan minifutbol yığmasını təbrik etdi
BMT Livan üçün humanitar yardımın həcminin artırılmasını tələb edir
15:33 05.06.2026
BMT Livan üçün humanitar yardımın həcminin artırılmasını tələb edir
Bir qrup su təsərrüfatı və meliorasiya işçisi təltif edilib - SİYAHI
15:29 05.06.2026
Bir qrup su təsərrüfatı və meliorasiya işçisi təltif edilib - SİYAHI
Prezident Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
15:20 05.06.2026
Prezident Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
Professor oğlanlara səsləndi: Qız öz atasından narazıdırsa, onunla evlənməyin
15:15 05.06.2026
Professor oğlanlara səsləndi: Qız öz atasından narazıdırsa, onunla evlənməyin
“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi
15:13 05.06.2026
“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi
5 azərbaycanlının öldüyü gəmiyə hücum anı - VİDEO
15:12 05.06.2026
5 azərbaycanlının öldüyü gəmiyə hücum anı - VİDEO
Rusiya XİN azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verdi
15:04 05.06.2026
Rusiya XİN azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verdi
6 saatdan az yatmaq bu xəstəliklərə səbəb olur - XƏBƏRDARLIQ
15:01 05.06.2026
6 saatdan az yatmaq bu xəstəliklərə səbəb olur - XƏBƏRDARLIQ
Dava edən oğlunu ayırmağa çalışan ana öldü - FOTO
14:57 05.06.2026
Dava edən oğlunu ayırmağa çalışan ana öldü - FOTO
“Kristal”ın Nəsimidə inşa etdiyi prestijli layihə - “Royal Residence”
14:47 05.06.2026
“Kristal”ın Nəsimidə inşa etdiyi prestijli layihə - “Royal Residence”
Qrossi: Nüvə obyektləri heç bir halda hücuma məruz qalmamalıdır
14:44 05.06.2026
Qrossi: Nüvə obyektləri heç bir halda hücuma məruz qalmamalıdır
Rəsmi Bakı: Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır
14:35 05.06.2026
Rəsmi Bakı: Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır
Qadınlar diqqətsiz kişilərə niyə daha çox meyl edir? - ARAŞDIRMA
14:32 05.06.2026
Qadınlar diqqətsiz kişilərə niyə daha çox meyl edir? - ARAŞDIRMA
MEDİA: CNN-dən təkzib verməsini və Azərbaycandan üzr istəməsini tələb edirik
14:24 05.06.2026
MEDİA: CNN-dən təkzib verməsini və Azərbaycandan üzr istəməsini tələb edirik
Müctəba Xamenei 2000-dən çox məhkumu əfv etdi
14:21 05.06.2026
Müctəba Xamenei 2000-dən çox məhkumu əfv etdi