Bununla da abituriyent imtahanda nə yazdığını bilmiş olacaq. ANS PRESS-in məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bu yeniliklə bağlı məlumat verdi.
Onun sözlərində görə, komissiya bununla bağlı “Elektron-Azərbaycan” layihəsinə müraciət edib: “Bizdə avadanlıqların bir qismi var, amma 100 min kartı belə işlətmək üçün 4 kamera və digər avadanlıqlar lazımdır. Ümidvarıq ki, bir il ərzində büdcədən pul ayrılacaq və biz bu avadanlıqları ala biləcəyik”.