TQDK abituriyentlərə xəbərdarlıq etdi

TQDK abituriyentlərə xəbərdarlıq etdi
Bütün Xəbərlər
13:42 22.08.2012
1535
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərə xəbərdarlıq etdi.TQDK-dan verilən məlumata görə, tələbə adı qazanmış şəxslər 2012-ci il avqustun 23-dən 31-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.Bildirilib ki, qeydiyyatdan keçmək üçün tələb olunan sənədlərin siyahısını müvafiq ali təhsil müəssisəsinə müraciət edib dəqiqləşdirmək lazımdır. Qeyd edək ki, müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.Əyani və qiyabi təhsil forması olan  ixtisaslara qəbul olmuş abituriyentlər təhsilalma formasını qəbul olduğu təhsil müəssisəsində qeydiyyatdan keçərkən seçəcəkdir.
OXŞAR XƏBƏRLƏR