TQDK açıqladı - 12 dərslik komplektinin məktəblərində istifadəsi məqsədəuyğun deyil

TQDK açıqladı - 12 dərslik komplektinin məktəblərində istifadəsi məqsədəuyğun deyil
Bütün Xəbərlər
11:17 11.06.2013
1155
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası dərslik və dərs vəsaitlərinin elmi-metodiki monitorinqinin nəticələrini açıqlayıb. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, TQDK tərəfindən yeni təhsil proqramları üzrə (kurikulum) fənn standartları əsasında hazırlanmış I-V sinif, həmçinin hələlik qüvvədə olan tədris proqramları əsasında hazırlanmış və istifadədə olan VII-X sinif dərsliklərinin elmi-metodiki monitorinqi aparılıb.Müstəqil ekspertizanın keçirilməsində Milli Elmlər Akademiyasının nümayəndələri, ali təhsil müəssisələrinin metodika kafedralarının mütəxəssisləri, ümumtəhsil müəssisələrinin müəllimləri, yaş psixologiyası üzrə ixtisaslaşan psixoloqlar iştirak etmişlər.I-IV siniflər üzrə (Azərbaycan və rus bölmələri birlikdə) 77 dərslik, 91 ədəd müəllim üçün metodik vəsait, 58 iş dəftəri müzakirə edilib, bunlardan 12 dərslik komplektinin respublikanın ümumtəhsil məktəblərində istifadəsi məqsədəuyğun hesab edilməyib.V siniflər üzrə (Azərbaycan və rus bölmələri birlikdə) 25 dərslik və 27 ədəd müəllim üçün metodik vəsait müzakirə edilib, bunlardan 6 dərslik komplektinin respublikanın ümumtəhsil məktəblərində istifadəsi məqsədəuyğun hesab edilməyib.Hazırlanmış yekun rəylər (I-V siniflər üzrə) müəlliflərə və Təhsil Nazirliyinə göndərilib.
OXŞAR XƏBƏRLƏR