TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, boş qalan plan yerlərindən 10-u Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinə aid olan ixtisaslardır. Bu ixtisaslar üzrə müsabiqədə iştirak etmək hüququ olan heç bir namizəd olmadığı üçün həmin ixtisaslar müsabiqəyə təqdim olunmur.Müsabiqədə iştirak etmək istəyən namizədlər 24 sentyabr saat 14:00-dan 25 sentyabr saat 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əsli və surətini təqdim etməklə TQDK-ya müraciət edə bilərlər.Müsabiqənin nəticələrinə əsasən boş qalan plan yerləriaşağıdakı istiqamətlər üzrədir:
I istiqamət (Müalicə işi, pediatriya)I. Azərbaycan Tibb Universiteti311244 Terapiya – 1 yerII. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu313189 Psixiatriya – 1 yer313253 Dermatovenerologiya – 1 yerIII. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası329113 Anesteziologiya-reanimatologiya – 1 yerIV. Respublika Narkoloji Mərkəz332118 Narkologiya – 1 yer
IV istiqamət (Tibbi-profilaktika)I. Azərbaycan Tibb Universiteti311455 Gigiyena – 4 yerII. Respublika Gigiyena-Epidemiologiya Mərkəzi333122 Gigiyena – 6 yer333139 Epidemiologiya – 4 yerI, II və IV istiqamətlər üzrəNaxçıvan Dövlət Universiteti361132 Sosial gigiyena və səhiyyənin təşkili – 1 yerI, III və IV istiqamətlər üzrəNaxçıvan Dövlət Universiteti361149 Mikrobiologiya – 1 yer
Qeyd edək ki, TQDK tərəfindən 2013/2014-cü tədris ili üçün rezidentura səviyyəsinə keçirilən müsabiqə nəticəsində 528 plan yerinə 504 nəfər namizəd qəbul olub. Qəbul olanlardan 496 namizəd qeydiyyatdan keçib və nəticədə 31 plan yeri boş qalıb.Digər ixtisaslar üzrə plan yerləri tam dolub.