Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında 2013-2014-cü tədris ili üçün 9 illik orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd verən abituriyentlərə "Buraxılış vərəqəsi"nin verilməsinə başlanılıb.TQDK-nın mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, abituriyentlər TQDK-nın saytındakı müvafiq bölməyə daxil olaraq, "Abituriyentin imtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidirlər.Bildirilir ki, bu sənədi əldə etmədən abituriyentlər imtahana buraxılmayacaq.