TQDK-dan müraciət

TQDK-dan müraciət
Bütün Xəbərlər
15:27 08.05.2015
978
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi orta (9-illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərə müraciə edib.
AZXEBER.COM-un TQDK-ya istinadla verdiyi məlumata görə, xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlər ümumi qaydada elektron ərizələrini rəsmiləşdirməlidirlər.
Bundan sonra tələb olunan sənədləri (tələb edilən sənədlər “Abituriyent” jurnalının 3-cü nömrəsində verilmişdir) 20 may – 2 iyun 2015-ci il tarixlərində saat 9-dan 17-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aşağıda göstərilən müəssisələrdə yaradılmış Qeydiyyat Komissiyalarına şəxsən təqdim etməklə qeydiyyatdan keçməlidirlər:
Bakı şəhəri
Azərbaycan Memarlıq və İnşaat Universiteti
(A. Sultanova küçəsi 11, İdman Korpusu, Bakı Dövlət Universiteti ilə üzbəüz)
Naxçıvan şəhəri
TQDK-nın Naxçıvan MR Regional Bölməsi
(Nizami küçəsi, 10)
Gəncə şəhəri
Azərbaycan Texnologiya Universiteti
(Şah İsmayıl Xətai prospekti, 103)
Şəki şəhəri
TQDK-nın Şəki Regional Bölməsi
(M. Ə. Rəsulzadə prospekti, 182.
Şəki Şəhər Bələdiyyəsinin binası)
Lənkəran şəhəri
TQDK-nın Lənkəran Regional Bölməsi
(H. Aslanov xiyabanı, 52)
Xaçmaz şəhəri
TQDK-nın Xaçmaz Regional Bölməsi
(M.Ə.Rəsulzadə küçəsi, 7b)
Ağcabədi şəhəri
M.F.Axundov adına şəhər 3 saylı məktəb-lisey
(Faiq Əlizadə küçəsi, 1)
Şirvan şəhəri
TQDK-nın Şirvan Regional Bölməsi
(M.Ə.Rəsulzadə küçəsi, 19)
Göyçay şəhəri
TQDK-nın Göyçay Regional Bölməsi
(Rauf İsayev küçəsi, 43)
OXŞAR XƏBƏRLƏR