TQDK elan etdi

TQDK elan etdi
Bütün Xəbərlər
11:34 09.10.2014
1574

Dövlət Komissiyası nəzdində fəaliyyət göstərən fənlər üzrə elmi-metodiki seminarlar keçiriləcək.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nəzdində fəaliyyət göstərən fənlər üzrə elmi-metodiki seminarlar 15 oktyabr 2014-cü il tarixindən öz işinə başlayır.
AZXEBER.COM-un TQDK-ya istinadla verdiyi məlumata görə, Dövlət Komissiyasının Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Quba, Göyçay, Ağcabədi və Şirvan regional bölmələrində həmin bölgələri təmsil edən müvafiq fənn müəllimlərinin iştirak etməsi nəzərdə tutulan elmi-metodiki seminarlar da eyni vaxtda öz işinə başlayır və eyni qrafiklə fəaliyyət göstərir.
Seminarlarda iştirak etmək arzusunda olanlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına, bölgələrdə isə Komissiyanın regional bölmələrinə müraciət edib qeydiyyatdan keçməlidirlər.
Ətraflı məlumat üçün https://www.tqdk.gov.az/news/general/777/ keçidinə daxil olun.
OXŞAR XƏBƏRLƏR