Azərbaycanda 2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün internetlə ərizə qəbulu bu gün başa çatır.AZXEBER.COM-un məlumatına görə, abituriyentlər nəzərdə tutulan vaxta qədər abituriyentin “Elektron ərizə” si doldurmalı, mütləq təsdiq olunmalıdır. Əks halda həmin abituriyentlər qəbul imtahanlarında iştirak edə bilməyəcəklər.