TQDK gələn il qəbul imtahanlarını yeni modeldə keçirəcək

GƏNCLİK
12:34 12.09.2011
1885
2014-ü ildən Azərbaycanda qəbul imtahanları yeni model əsasında keçiriləcək.APA-nın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. TQDK sədri yeni modelin təfərrüatlarının hələlik açıqlanmayıb, müzakirələrin hələ bir neçə ay davam edəcəyini deyib. O qeyd edib ki, imtahanın məzmununa aid dəyişikliklər, açıq testlərlə işləmə bacarığının qiymətləndirilməsi X-XI siniflərdən deyil, V-VI siniflərdən başlanmalıdır: “Son illərdə yeni kurrikulumlar istifadə olunur, dərs vəsaitləri dəyişir. TQDK-nın yeni vəsaitləri də bu prosesə uyğunlaşdırılmalıdır”.

OXŞAR XƏBƏRLƏR