Dövlət Komissiyası məlumat yayıb.
Rus bölməsinin abituriyentləri üçün “Azərbaycan dili” fənnindən keçirilmiş imtahanın nəticələri elan olunub.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZXEBER.COM-a verilən xəbərə görə, nəticələrlə iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış olmaq olar.
Yaxın dəqiqələrdə nəticələr TQDK-nın internet saytında da yerləşdiriləcək.










































