TQDK magistraturaya qəbulla bağlı məsələyə aydınlıq gətirdi
GƏNCLİK
15:22 13.02.2012
2094
Təbələ Qəbulu üzrə Dövlət Komissiyası magistraturaya qəbulla bağlı ödəmə kartlarının çatışmazlığı məsələsinə aydınlıq gətirib. TQDK-nın mətbuat katibi Elnur Nağızadə açıqlamasında deyib ki, bakalavrların ərizə qəbulu prosesini asanlaşdırmaq üçün yeni metodlardan istifadə olunub. O bildirib ki, abituriyentlər və bakalavrlar elektron ərizə vermək üçün TQDK-nın virtual ödəmə kartlarını İnternetdən və SMS-lə əldə edə bilərlər: “Elektron ərizə vermək üçün TQDK-nın virtual ödəmə kartlarını https://system.goldenpay.az/tqdk/index.jsp internet ünvanından plastik kartdan istifadə etməklə eldə etmək olar. Ödəmə kartlarını SMS-lə əldə etmək istəyən abituriyentlər və bakalavrlar Azercell nömrələrindən 7725 nömrəsinə SMS göndərməlidirlər. SMS-ə cavab olaraq abonentin telefonuna iş nömrəsi və şifr göstərilən virtual ödəmə kartı daxil olacaq. Ödəmə kartları SMS-lə əldə edildikdə abonentin balansından 18% ƏDV də tutulur”.