TQDK müsabiqənin nəticələrini açıqladı - CƏDVƏL

TQDK müsabiqənin nəticələrini açıqladı - CƏDVƏL
Bütün Xəbərlər
15:36 11.07.2014
1968
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası cari tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə keçirilmiş müsabiqənin nəticələrini elan edib.Komissyadan verilən məlumata görə, nəticələr TQDK-nın rəsmi internet səhifəsində yerləşdirilib.Abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı həmçinin Azercell, Bakcell və Nar Mobile nömrələrindən mobil telefonla iş nömrəsini 7727 nömrəsinə göndərməklə öyrənə bilər.Müsabiqənin nəticələri haqqında statistik məlumatlar aşağıdakı cədvəldə:Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar 2014-cü il iyulun 14-dən 24-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidir.Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və qəbul olanlar siyahısından xaric ediləcəkdir.
//ans
OXŞAR XƏBƏRLƏR