TQDK şagirdlərə müraciət etdi

TQDK şagirdlərə müraciət etdi
Bütün Xəbərlər
12:09 02.06.2014
1087
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlərə müraciət edib.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müraciətdə bildirilib ki, iyun ayında respublikanın bütün orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün buraxılış imtahanları keçirəcək.

Həmin imtahanlara hazırlaşan şagirdlərə kömək məqsədilə Ana dili və Riyaziyyat fənlərindən test tapşırığı nümunələri və təqdim ediləcək yazı işlərinin mövzuları komissiyanın internet saytında yerləşdirilib.

Test tapşırığı nümunələri və yazı işlərin mövzuları ilə tanış olmaq üçün

https://www.tqdk.gov.az/exam/school-leaving-exam/keçidinə daxil olmaq olar.

OXŞAR XƏBƏRLƏR