Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə İmişli şəhərində vətəndaşları qəbul edəcək.
Adıçəkilən qurumdanverilən məlumata görə, fevralın 28-də, saat 11:00-da İmişli Şəhər Gənclər Mərkəzində keçiriləcək qəbulda İmişli ilə yanaşı Ağcabədi, Ağdam, Füzuli, Beyləqan və Zərdab rayonlarının sakinləri də iştirak edə biləcələr.Qəbula gəlmək istəyən vətəndaşların Komissiyanın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri ( https://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya TQDK-nın Ağcabədi regional bölməsinə (Ünvan: Ağcabədi şəhəri, F.Əlizadə küç., 1) müraciət etmələri (əlaqə tel.: (021) 275-55-94) xahiş olunur.Bundan əlavə, Ağcabədi, Ağdam, Füzuli, Beyləqan, Zərdab və İmişli rayon Təhsil Şöbələrində 18–27 fevral 2014-cü il tarixində (şənbə, bazar günləri istisna olmaqla), saat 10:00-dan 17:00-dək qəbula qeydiyyata alına bilərlər.Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.