TQDK sədri: 'İstəyirik ki, uşaqlar 150 balla da olsa, gedib oxusunlar'

TQDK sədri:
Bütün Xəbərlər
12:19 27.07.2012
1937
TQDK sədri I ixtisas qrupu üzrə imtahanlarda keçid balının 150-yə salınmasının səbəblərini açıqlayıbTələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə ali məktəblərin I ixtisas qrupu üzrə minimal keçid balının 150-yə salınmasının səbəblərini açıqlayıb. APA-nın məlumatına görə, bu gün keçirdiyi mətbuat konfransında TQDK sədri bildirib ki, I ixtisas qrupu üzrə minimal balın 150-yə salınmasına ictimaiyyət tərəfindən müxtəlif şərhlər verilir: “Bəzi mütəxəssislər belə fikir yürütdülər ki, dövlətin pulları aşağı ballı uşaqlara təhsil verməyə gedir. Biz müsabiqədə iştirak etmək üçün minimal balı aşağı saldıq. Amma dövlət sifarişli yerlərə 250-dən aşağı bal toplamış bir uşaq da qəbul olmayacaq. Bu il I ixtisas qrupu dövlət sifarişli yerlərin sayı 4146-dır. 250 baldan yuxarı bal toplayan abituriyentlərin sayı isə 6092-dir. I ixtisas qrupunun informasiya texnologiyaları, neft-qaz mühəndisliyi kimi ixtisaslarında çox yüksək müsabiqə vəziyyəti gözlənilir”.M. Abbaszadə deyib ki, dövlət I ixtisas qrupu üzrə çoxlu mütəxəssislərin olmasını istəyir: “Bu qrupda əvvəlki illərin məzunu olan 7000-dən çox oğlana hərbi xidmətdən qayıtdıqdan sonra oxumaq imkanı veririk. Digər tərəfdən son zamanlar xarici ali məktəblərin güclü reklam kampaniyası gedir. Onlar abituriyentlərə imtahansız, attestatsız dünyanın möhtəşəm universitetlərində oxumaq təklif edirlər. Biz istəmirik ki, abituriyentlər və onların valideynləri belə işbazların toruna düşsünlər. Ona görə də onlara leqal yol -150 balla ali təhsil almaq təklif edilir və beləliklə də, korrupsiya sxemi aradan çıxır. Hansı ali məktəb təklif eləsə ki, onlar 150 ballıq mütəxəssislər istəmirlər və plan yerlərini boş saxlamaq istəyirlər, biz bu müraciətlərə baxa bilərik. Bizə hələ indiyəqədər hələ belə müraciət edən olmayıb”.TQDK sədri qeyd edib ki, I ixtisas qrupunda daha çox istehsalata aid ixtisaslar var: “Bu sahədə kadr qıtlığı hiss olunur. Ona görə də istəyirik ki, uşaqlar 150 balla da olsa, gedib oxusunlar”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
01:57 25.06.2025
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
00:22 25.06.2025
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
Putinlə Lukaşenkonun telefon danışığı oldu
23:56 24.06.2025
Putinlə Lukaşenkonun telefon danışığı oldu
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
23:51 24.06.2025
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
23:46 24.06.2025
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
23:18 24.06.2025
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
23:07 24.06.2025
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
22:56 24.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
22:45 24.06.2025
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
22:20 24.06.2025
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
İran hava məkanını beynəlxalq reyslərə açıb
22:16 24.06.2025
İran hava məkanını beynəlxalq reyslərə açıb
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
21:51 24.06.2025
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
21:40 24.06.2025
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
21:32 24.06.2025
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
21:25 24.06.2025
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
Trampla Zelenskinin görüş tarixi məlum oldu
21:11 24.06.2025
Trampla Zelenskinin görüş tarixi məlum oldu