Orta məktəblərdə keçirilən mərkəzləşmiş imtahanlarla əlaqədar ümidlərim puç olub”. APA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.TQDK sədri bildirib ki, attestat qiymətlərinə uyğun olaraq qəbul qaydalarını dəyişmək hələlik mümkün deyil: “Biz bunu çox istəyərdik. Çox təəssüf ki, mərkəzləşmiş imtahanlarla əlaqədar ümidlər özünü doğrultmayıb”.M. Abbaszadə qeyd edib ki, bu il keçirilən qəbul imtahanlarında məzunların imtahan göstəriciləri ilə attestat ballarının bir-birinə uyğunluğunu əks etdirən “Abituriyent” jurnalının 12-ci buraxılışı yaxın vaxtlarda hazır olacaq: “Bu il keçirilən qəbul imtahanlarının bütün statistik göstəriciləri orada əks olunacaq. TQDK bununla əlaqədar xüsusi konfrans keçirməyi də nəzərdə tutur”.