“Trabzonspor” daha bir ulduz futbolçunu transfer edir

“Trabzonspor” daha bir ulduz futbolçunu transfer edir
İDMAN
14:52 10.08.2026
417
Yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirən "Trabzonspor” heyətini gücləndirmək üçün danışıqlar aparır.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Məhəmməd Salahın transferi ilə heyətini gücləndirən bordo-mavililər orta sahə üçün də argentinalı ulduz Leandro Paredesi gündəminə alıb.

Məlumata görə, daha əvvəl də 32 yaşlı yarımmüdafiəçinin transferi ilə maraqlanan Trabzonspor onun transfer şərtləri barədə məlumat alıb.

Klubun Paredes üçün ilk əlaqələri həyata keçirdiyi və danışıqların necə davam edəcəyinin yaxın günlərdə bəlli olacağı bildirilir.
 
Gülay
OXŞAR XƏBƏRLƏR