UEFA Konfrans Liqasının əsas mərhələsinin III turu çərçivəsində Türkiyənin "Trabzonspor" klubu Almaniyanın "Frayburq" komandasını qəbul edib.
Trabzondakı "Papara Park - Şenol Güneş" stadionunda keçirilən qarşılaşma qonaqların 0:1 hesablı minimal qələbəsi ilə başa çatıb.
Qarşılaşmanın 14-cü dəqiqəsində "Frayburq"un almaniyalı müdafiəçisi Lukas Kübler yekun hesabı müəyyənləşdirib.
Bu nəticədən sonra hər iki komandanın aktivində altı xal var.
///oxu.az











































