Tramp Ağ Evin yeni mətbuat katibinin ilk brifinqinin tarixini açıqlayıb

Tramp Ağ Evin yeni mətbuat katibinin ilk brifinqinin tarixini açıqlayıb
DÜNYA
07:54 12.10.2026
174
Ağ Evin yeni mətbuat katibi Keti Zəkəraya oktyabrın 13-də jurnalistlər üçün ilk brifinqini keçirəcək.

Bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social” sosial şəbəkəsində məlumat yayıb.

Tramp bildirib ki, Zəkəraya oktyabrın 12-də – Kolumb Günündə vəzifəsinin icrasına başlayacaq.

"Məmnuniyyətlə elan edirəm ki, Keti Zəkəraya sabah, Kolumb Günündə vəzifəsinin icrasına başlayacaq. O, çərşənbə axşamı saat 09:30-da Ağ Evin mətbuat brifinqləri zalında ilk mətbuat konfransını keçirəcək”, – ABŞ lideri qeyd edib.

Brifinq Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Tramp yeni mətbuat katibinin fəaliyyətinə yüksək qiymət verəcəyinə əminliyini də ifadə edib.

"Keti əvvəldən mənimlə eyni mövqedə olub. O, bu işin öhdəsindən əla gələcək”, – Prezident vurğulayıb.

Qeyd edək ki, Tramp daha əvvəl Zəkərayanın Ağ Evin yeni mətbuat katibi təyin ediləcəyini təsdiqləyib.

O, avqustun sonunda vəzifəsindən ayrılan Kerolayn Livitti əvəz edəcək.

ABŞ Prezidenti Zəkərayanın "Trump Media & Technology Group” şirkətində kommunikasiya üzrə baş müşavir vəzifəsində çalışarkən yüksək nəticələr göstərdiyini bildirib.
 
///teleqraf///
OXŞAR XƏBƏRLƏR