Donald Tramp İranla bağlı yayımlanan xəbərlərə görə bəzi ABŞ media qurumlarını "vətənə xəyanət”də ittiham edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ Prezidenti sosial media hesabında paylaşdığı açıqlamada İranla bağlı xəbərlərə görə "yalan xəbər mediası” adlandırdığı bəzi qəzet və televiziya kanallarını hədəf alıb.
Tramp bildirib ki, həmin media orqanları İranın müharibədə hərbi baxımdan "uğurlu” olduğu barədə xəbərlər yayıblar.
ABŞ Prezidenti paylaşımında deyib:
"Bəzi medialar İranın bizə qarşı hərbi baxımdan uğurlu olduğunu iddia edirlər. Bu, o qədər yanlış və absurddur ki, demək olar, vətənə xəyanət sayılır. Onlar düşmənə yardım və dəstək verirlər”.
Şahanə Ziyad











































