ABŞ Prezidenti Donald Tramp Nyu-Meksiko ştatının adının "Yeni Amerika” (New America) olaraq dəyişdirilməsini təklif edib.
Tramp bu barədə sosial media hesabında paylaşım edib.
"Biz Meksika deyilik, biz Amerika Birləşmiş Ştatlarıyıq! Nyu-Meksiko dərhal adını Yeni Amerika olaraq dəyişdirməlidir”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti hesab edir ki, ad dəyişikliyi ştatın nüfuzunu və dəyərini artıracaq, daşınmaz əmlakın qiymətlərinin və əhalinin gəlirlərinin yüksəlməsinə səbəb olacaq.
///azərtac///











































