Tramp: Dostum Ərdoğan çox böyük lider və zəki insandır
DÜNYA
01:53 18.10.2019
15496
Ərdoğan çox böyük lider və zəki insandır, dünya Türkiyəyə qarşı ədalətli deyil" - Tramp
Tramp Türkiyənin təhlükəsizlik qayğılarını anladığını, rəsmi Ankara ilə anlaşmalarından məmnun olduğunu deyib.
"Türkiyəyə qarşı sanksiyalara lazım olmayacaq, çünki anlaşma əldə edə bildik. Dostum Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür etmək istəyirəm. Aramızda bir problem olmamasından məmnunam, çünki o, böyük liderdir. Suriyanın şimalı üçün anlaşa bildik. Bu 5 gün ərzində YPG və və digərləri Türkiyənin tələb etdiyi Güvənli Bölgəni tərk edəcəklər. Bu Güvənli Bölgəni Türkiyə həmişə istəyirdi. Türkiyənin böyük bir hərbi gücü var. Türkiyə bizim dostumuz və NATO üzvüdür.
Biz ABŞ olaraq savaş içində olmaq istəmirik. Xatırlayın, Barak Obama qısa müddətdə Suriyada yarım milyon insanın həyatını itirməsinə səbəb oldu. Eyni bölgədə biz çox can itkisi yaşamışıq. Mən çox sevinirəm, çünki ABŞ əsgərləri döyüşmədən ölkələrinə qayıdacaqlar.
Prezident Ərdoğan çox zəki biridir. Aramızda olan anlaşmanın həyata keçirilməsini istəyir. Öz xalqının təhlükəsizliyini istəyir. Suriyanın şimalından Türkiyəyə yönəlik bir çox pis aktlar həyata keçirilib, Türkiyədə bir çox insan öldürülüb. Bu heç ədalətli deyil, amma dünyada heç kim bundan danışmır" - Tramp belə deyib. /// Avropa.info