Tramp bunu "Axios" portalına müsahibəsində deyib.
"Biz səs-küy yaratmadan hərəkət edirik", - deyə ABŞ lideri İranla bağlı bundan sonrakı addımlardan danışarkən bildirib.
Portalın məlumatına görə, ABŞ rəsmiləri Trampın bir həftə əvvəl İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların bərpasına meyilli olduğunu, lakin sonradan onu hələlik deeskalasiyaya getməyə inandırdıqlarını bildiriblər.
Onun sözlərinə görə, İran iqtisadi baxımdan çox pis vəziyyətdədir. Tramp vəziyyətin pisləşməsinə, xüsusilə, ABŞ-nin İranı dənizdən blokadaya almasının təsir etdiyini düşünür.
Bununla belə, Tramp Tehranla razılaşmanın əldə olunacağına əminliyini ifadə edib: "Hər şey alınacaq. Həmişə hər şey alınır. Bu, şahmat oyunu kimidir".











































