Tramp: İranla ya əla razılaşma olacaq, ya da heç bir razılaşma olmayacaq

Tramp: İranla ya əla razılaşma olacaq, ya da heç bir razılaşma olmayacaq
DÜNYA
14:35 25.05.2026
240
ABŞ Prezidenti Donald Tramp İranla davam edən danışıqlar prosesi barədə sərt açıqlama verib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, o, sosial media hesabında paylaşdığı mesajda bildirib ki, Tehranla mümkün razılaşma yalnız ABŞ-ın maraqlarına uyğun olacağı təqdirdə baş tutacaq.

Tramp qeyd edib ki, "İranla razılaşma ya əla və mənalı bir razılaşma olacaq, ya da heç bir razılaşma olmayacaq”.

ABŞ prezidenti potensial razılaşmanın, keçmiş prezident Barak Obama administrasiyası dövründə əldə olunan nüvə sazişindən tamamilə fərqli olacağını vurğulayıb. Onun sözlərinə görə, əvvəlki saziş İrana nüvə silahına gedən yolu açıb və uğursuz olub.

"Bu razılaşma, Obama administrasiyasının danışıqlar yolu ilə əldə etdiyi fəlakətin tam əksi olacaq. Mən belə bir razılaşma bağlamıram”, – deyə Tramp bildirib.

Tramp paylaşımında demokratları da tənqid edib. O, İranla bağlı davam edən danışıqlar haqqında kifayət qədər məlumata malik olmadıqlarını iddia edərək, onları "hələ həll olunmamış məsələlər barədə danışmaqda” ittiham edib.

ABŞ prezidenti əlavə edib ki, demokratlar daim yanlış siyasətləri və uğursuz namizədləri dəstəkləyir, eyni zamanda onun əldə etdiyi nailiyyətləri tənqid etməyə davam edirlər.
 
Gülay
OXŞAR XƏBƏRLƏR