Tramp İraqda İŞİD liderinin öldürüldüyünü açıqlayıb

Tramp İraqda İŞİD liderinin öldürüldüyünü açıqlayıb
DÜNYA
08:21 15.03.2025
127

ABŞ prezidenti Donald Tramp İraqda İŞİD qruplaşmasının liderlərindən birinin məhv edildiyini açıqlayıb.

APA xəbər verir ki, Tramp bu barədə "Truth” hesabında paylaşım edib.

"Bu gün İŞİD-in İraqdakı fərari lideri cəsur əsgərlərimiz tərəfindən amansızcasına ovlandıqdan sonra öldürüldü”, - Tramp yazıb.

O, həmçinin qeyd edib ki, əməliyyat İraq hökuməti və İraq Kürd Regional Muxtariyyətinin hökumət orqanları ilə koordinasiya əsasında həyata keçirilib.

OXŞAR XƏBƏRLƏR