Rusiya İrkutsk vilayətində qeydə alınmış naməlum etiologiyalı pnevmoniya hadisəsi ilə bağlı ABŞ-a məlumat təqdim edir.
Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Onlar bizim mütəxəssislərlə müəyyən qədər məlumat paylaşırlar. Biz onların bizim mütəxəssislərlə daha çox məlumat bölüşəcəyini gözləyirik”, – Tramp deyib.
ABŞ Prezidenti bir qədər əvvəl ölkənin səhiyyə sahəsi üzrə mütəxəssisləri ilə görüşdüyünü də bildirib.
"Onlar baş verənlərlə bağlı hər şeyi bilirlər. Bütün məlumatlar onların vasitəsilə ötürülür”, – Tramp əlavə edib.
///apa.az///











































