Tramp Senata namizəd Əbdül Əl-Səyyidi “Müsəlman Qardaşlar” təşkilatı ilə əlaqədə ittiham edib

Tramp Senata namizəd Əbdül Əl-Səyyidi “Müsəlman Qardaşlar” təşkilatı ilə əlaqədə ittiham edib
DÜNYA
23:50 15.10.2026
175
ABŞ Prezidenti Donald Tramp Miçiqan ştatından Senata namizəd olan demokrat Əbdül Əl-Səyyidi "Müsəlman Qardaşlar” təşkilatı ilə əlaqədə ittiham edib.

Tramp bu barədə Ağ Evdə Respublikaçılar Partiyasının tərəfdarları ilə keçirilən seçkiqabağı tədbirdə danışıb.

"O, yüz faiz ‘Müsəlman Qardaşlar’ın adamıdır”, – ABŞ Prezidenti iddia edib.

Tramp Əl-Səyyidin Senatın Kəşfiyyat Komitəsinə üzv seçilməsi ehtimalını da istehza ilə şərh edib.

Qeyd edək ki, 41 yaşlı Əl-Səyyid daha əvvəl bu təşkilatla əlaqələrinin olması barədə iddiaları rədd edib.

Misir əsilli siyasətçi Miçiqanda doğulub və böyüyüb. O, ixtisasca həkimdir və ştatın səhiyyə qurumlarında rəhbər vəzifələrdə çalışıb.

Noyabrın 3-də keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə Əl-Səyyid ABŞ Senatının ilk müsəlman üzvü olacaq.
 
///apa.az///
OXŞAR XƏBƏRLƏR