Tramp Suriyaya qarşı sanksiyaları ləğv etməyi planlaşdırır

Tramp Suriyaya qarşı sanksiyaları ləğv etməyi planlaşdırır
DÜNYA
21:03 13.05.2025
381
ABŞ Prezidenti Donald Tramp Suriyaya "şans vermək” məqsədilə bu ölkəyə qarşı tətbiq olunan sanksiyaları ləğv etməyi planlaşdırdığını bəyan edib.

Ağ Ev rəhbəri bu barədə Səudiyyə Ərəbistanında keçirilən investisiya forumunda çıxışı zamanı bildirib.

Söhbət sabiq prezident Bəşər Əsədin hakimiyyəti dövründə ABŞ-ın Suriyaya tətbiq etdiyi sanksiyalardan gedir.

Tramp ümidvar olduğunu bildirib ki, Suriyanın yeni hökuməti ölkənin sabitləşdirilməsi və sülhün qorunması sahəsində uğur qazanacaq.
 
/APA
OXŞAR XƏBƏRLƏR