Tramp söz verdi: İran nüvə proqramını dayandıracaq
DÜNYA
04:32 25.05.2026
386
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahu ilə telefon danışığı zamanı İranla razılaşmanın nəticəsinin İranın nüvə proqramının bağlanması olacağına söz verib.
Bu barədə "The Times of Israel" qəzeti yüksək rütbəli İsrail rəsmisinə istinadən xəbər verib.
"Tramp Netanyahunu İranla yekun razılaşmanın onun nüvə proqramının ləğvinə gətirib çıxaracağına inandırmağa çalışıb", - deyə bildirilib.
Qəzetin mənbəyinə görə, Netanyahu öz növbəsində Trampa İsrailin "istənilən təhdidə qarşı, istənilən yerdə" hərəkət etmək hüququnu saxlayacağını bildirib. Bu, xüsusilə Livana aiddir.
"The Times of Israel” qəzeti D. Trampın bu prinsiplə razılaşdığını vurğulayıb.