ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putin ilə Türkiyədə görüşmək ehtimalını istisna etməyib.
Tramp bu barədə Səudiyyə Ərəbistanından Qətərə uçmazdan əvvəl bildirib.
O qeyd edib ki, bu, müharibəni bitirmək imkanıdır: "Mən Türkiyəyə səfəri düşünəcəyəm. Sabahkı günümüz tamamilə doludur. Amma mən həyatları xilas etmək üçün qrafiki dəyişdirməyə hazıram”.
"Vladimir Putin mənim orada olmağımı istərdi və bu tamamilə mümkündür. Bilmirəm, əgər mən orada olmasam, o orada olacaqmı. Biz bunu öyrənəcəyik", - D.Tramp bildirib.
///report