Tramp və Zelenski gələn həftə görüşə bilərlər

Tramp və Zelenski gələn həftə görüşə bilərlər
DÜNYA
05:28 14.06.2026
497
ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə "Böyük Yeddiliy"in (G7) sammiti çərçivəsində işçi görüş keçirəcək.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Reuters" agentliyi ABŞ administrasiyasının yüksəkvəzifəli nümayəndələrinə istinadən məlumat yayıb.

Sammit iyunun 15-17-də Fransanın Evian şəhərində keçiriləcək.

Bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron bildirmişdi ki, Zelenski sammitdə iştirak edəcək və Ukrayna münaqişəsinə həsr olunmuş sessiyada çıxış edəcək. Lakin onun tədbirə şəxsən, yoxsa videobağlantı ilə qoşulacağı hələ də dəqiqləşməyib.
OXŞAR XƏBƏRLƏR