Tramp: Venesuelada böyük qələbə qazanmışıq, İran nüvəsizləşdirilib

Tramp: Venesuelada böyük qələbə qazanmışıq, İran nüvəsizləşdirilib
DÜNYA
19:31 03.08.2026
126
ABŞ Prezidenti Donald Tramp ictimai rəy sorğularında reytinqinin indiyədək ən yüksək səviyyədə olduğunu bildirib.

Tramp bu barədə "Truth Social" hesabında yazıb.

"Saxta media tərəfindən uydurulan deyil, mənim real sorğu nəticələrim indiyədək ən yüksək səviyyədədir. Bunun belə olmasına təəccüblənməyə dəyməz. Çünki ABŞ tarixində ən böyük vergi endirimlərini həyata keçirmişik, rekord məşğulluq göstəricilərinə nail olmuşuq, ölkəyə dünya tarixində ən böyük xarici investisiyalar cəlb edilib, sərhədlər tam qorunur, Venesuelada böyük qələbə qazanmışıq, İran nüvəsizləşdirilib, ABŞ bütün dünyada misilsiz hörmət və uğur qazanıb", - Tramp qeyd edib.

ABŞ Prezidenti müxalifləri də tənqid edib.

"Radikal solun saxta sorğularına inanmayın. Onlar korrupsiyaya bulaşıblar. Amerikanın yenidən qüdrətli olması üçün Respublikaçılara səs verin", - Tramp əlavə edib.
 
///apa
OXŞAR XƏBƏRLƏR