Tramp Zelenskidən xoşlanmır, Putinə isə rəğbət bəsləyir – KİV

Tramp Zelenskidən xoşlanmır, Putinə isə rəğbət bəsləyir – KİV
DÜNYA
00:48 22.10.2026
205
Avropalı rəsmilər ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinə böyük rəğbət bəsləməsindən narahatdırlar.

"Politico” nəşrinin məlumatına görə, bəzi avropalı rəsmilər və diplomatlar ABŞ-ın Ukraynaya münasibətdə daha sərt mövqe sərgiləməsini Trampın şəxsi münasibətləri ilə əlaqələndirirlər.

Avropalı rəsmilərdən biri nəşrə bildirib ki, Tramp Zelenskini xoşlamır və bu, ABŞ-ın sülhə nail olmaq üçün göstərdiyi səylərdən faydalanmağı çətinləşdirir.

"Tramp üçün hər şey rasional biznes sövdələşməsidir, lakin müəyyən həddə qədər”, – deyə o bildirib.

Avropa İttifaqından olan diplomat isə Ağ Ev rəhbərinin Ukraynaya münasibətini dəyişə biləcəyini istisna etməyib. Bununla belə, onun sözlərinə görə, Tramp bir çox məsələdə mövqeyini dəyişsə də, Rusiyaya dəstəklə bağlı mövqeyində fərqli davranıb.

"Tramp Ukraynanı, Aİ-ni və NATO-nu tənqid edib, lakin Putin haqqında demək olar ki, heç vaxt tənqidi fikir səsləndirməyib. Bu, təəccüblüdür. Görünür, Rusiyaya daha çox rəğbət bəsləyən administrasiya ilə işləməli oluruq”, – deyə diplomat qeyd edib.
 
///trend///
OXŞAR XƏBƏRLƏR