ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların genişləndirilməsi ehtimalını istisna etməyib.
AZXEBER.COM xəbər verir ki, Tramp "Politico”ya müsahibəsində bildirib ki, Vaşinqton İranla bağlı yeni hərbi addımları nəzərdən keçirə bilər.
ABŞ lideri nüvə silahından istifadəyə ehtiyac olmadığını vurğulayıb. O, İranın hərbi potensialının 90 faizinin artıq sıradan çıxarıldığını iddia edib.
Tramp həmçinin neftin qiymətinin bahalaşmasına baxmayaraq, İranla bağlı qəbul etdiyi qərarın uzunmüddətli perspektivdə həm ABŞ, həm də dünya üçün doğru olduğunu bildirib.











































