ABŞ prezidenti Donald Tramp Rusiya–Ukrayna müharibəsi ilə bağlı açıqlamasında Putindən "məyus olduğunu” deyib.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Tramp Rusiya - Ukrayna müharibəsi haqda bədbin açıqlama verib.
O bildirib ki, əsas məqsədi Ukraynaya dəstək yox, insanların yaşamasına kömək etməkdir.
Trampın sözlərinə görə, hər həftə təxminən 7 min hərbçi həlak olur, lakin bu rəqəmin hansı tərəfin itkilərinə aid olduğu dəqiqləşdirilməyib.
ABŞ prezidenti münaqişənin dayandırılması üçün kömək edə biləcəyini də vurğulayıb. Amma o Putindən çox məyus qaldığını da deyib.