17:48 Bazar Ertəsi, 18 Noyabr 2019
DÜNYA

Trampdan Türkiyəyə qarşı sərt addım: Sanksiya tətbiq edəcək

16:21, 15.10.20195524
Trampdan Türkiyəyə qarşı sərt addım: Sanksiya tətbiq edəcək

ABŞ prezidenti Donald Tramp Türkiyənin Suriyada həyata keçirdiyi hərbi əməliyyatlarla bağlı tətbiq edəcəkləri sanksiyaların detallarını açıqlayıb.

AZXEBER.COM xarici agentliklərə istinadən xəbər verir ki, o, bununla bağlı, ənənəvi olaraq tvitter hesabında rəsmi məlumatı dərc edib. Sənəddə ifadə edildiyinə görə, Birləşmiş Ştatların lideri Ankaraya qarşı geniş sanksiyalar haqqında fərman imzalayacaq.

Sanksiyalar əsasən Türkiyənin iri rütbəli dövlət məmurlarına şamil olunacaq. Bundan başqa, ABŞ Türkiyənin metal məhsullarına gömrük rüsumlarını 50% artıracaq. Habelə rəsmi Vaşinqton Türkiyə ilə ticarət sazişi haqqındakı danışıqları dayandıracaq. Gələcək zamanda maliyyə sektoruna və vizaların verilməsində ciddi məhdudlaşdırıcı tədbirlərin gətiriləcəyi gözlənilir.

Xatırladaq ki, dünən ABŞ prezidenti Donald Tramp Konqreslə Türkiyəyə qarşı sanksiyalar tətbiq olunması üzərində çalşdıqlarını bildirmişdi.

XƏBƏR LENTİ