Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq

Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq
DÜNYA
10:12 26.04.2026
247
ABŞ Prezidenti Donald Trampın iştirak etdiyi Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda atəş açan şəxsə qarşı hansı ittihamın irəli sürüləcəyi məlum olub.

AZXEBER.COM xəbər verir ki, bu barədə Vaşinqton ştatının prokuroru Janin Pirro məlumat verib.

Qeyd edilib ki, şübhəli şəxs odlu silahdan istifadə etməklə ABŞ Məxfi Xidmətinin əməkdaşına hücumda ittiham olunacaq.

Donald Tramp şübhəli şəxsin Məxfi Xidmətin zabitlərindən birinə yaxın məsafədən atəş açdığını bildirib. Qeyd edib ki, zabit xəsarət alsa da, zirehli geyim onu xilas edib, hazırda durumu yaxşıdır.
 
apa
OXŞAR XƏBƏRLƏR