Trampın keçmiş həyat yoldaşı: "Səfir olmaq istəyirəm"

Trampın keçmiş həyat yoldaşı: "Səfir olmaq istəyirəm"
DÜNYA
11:03 16.11.2016
1003
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın keçmiş həyat yoldaşı 67 yaşlı İvana Tramp media qarşısına çıxıb.
 
AZXEBER.COM teleqraf.com-a istinadən xəbər verir ki, çex əsilli İvana ABŞ-ın Çexiyadakı səfiri olmaq istəyini bildirib:
 
"Çex əsilliyəm və dilini də bilirəm. Hamı məni tanıyır. 3 kitab yazdım və kitablarım 40 ölkədə 25 dilə tərcümə olundu".
 
Qadın Trampın prezidentlik maaşından vaz keçməsinə də münasibət bildirib: "O, prezidentlik maaşı ilə yanaşı, prezident təyyarəsindən də vaz keçə bilər".
OXŞAR XƏBƏRLƏR