Trampın tədbirində hamının diqqətini çəkən qadın kimdir? - FOTOLAR

Trampın tədbirində hamının diqqətini çəkən qadın kimdir? - FOTOLAR
MARAQLI
13:33 08.10.2026
209
ABŞ Prezidenti Donald Trampın Ağ Evdə keçirdiyi mərasimdə qırmızı libası və davranışları ilə diqqət çəkən qadının milyarder Maykl Dellin həyat yoldaşı Syuzan Dell olduğu məlum olub.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, 62 yaşlı Syuzan Dellin görüntüləri sosial mediada geniş müzakirələrə səbəb olub. Onun əvvəlki illərdə çəkilmiş fotoları ilə yeni görüntüləri müqayisə edilib.

Syuzan Dell 1989-cu ildən texnologiya sahəsində fəaliyyət göstərən milyarder Maykl Dell ilə evlidir. Cütlüyün dörd övladı var.

Bildirilib ki, Syuzan və Maykl Dell Tramp administrasiyasının uşaqlar üçün nəzərdə tutulan investisiya hesablarını dəstəkləmək məqsədilə 6,25 milyard dollar ianə etməyi öhdələrinə götürüblər. Proqram çərçivəsində 25 milyon uşağın hesabına 250 dollar köçürülməsi nəzərdə tutulur.

ABŞ mediasında Syuzan Dellin 2005, 2008, 2015 və 2025-ci illərdə çəkilmiş fotoları da yayımlanıb. Onun xarici görünüşündəki dəyişiklik sosial şəbəkələrdə müzakirə edilsə də, bunun estetik müdaxilə, yoxsa hər hansı sağlamlıq problemi ilə bağlı olduğu barədə rəsmi məlumat yoxdur.

Sosial mediada bəzi istifadəçilər Syuzan Dellin görünüşünü "Mar-a-Lago üzü” ifadəsi ilə əlaqələndirib. Digər istifadəçilər isə milyardlarla dollarlıq uşaq yardım proqramı əvəzinə onun xarici görünüşünün müzakirə edilməsinə etiraz ediblər.

Syuzan Dell ətrafında yaranan müzakirələr Trampın oğlu Donald Tramp Jr.-ın keçmiş nişanlısı Kimberli Guilfoyle ilə bağlı əvvəlki oxşar müzakirələri də yenidən gündəmə gətirib.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR